İranın Sistan və Bəlucistan əyalətində polis bölmələri atəşə tutulub

İranın Sistan və Bəlucistan əyalətində polis bölmələri atəşə tutulub

GünAz TV: İranın Sistan və Bəlucistan əyalətində polis bölmələri atəşə tutulub. Bu barədə Sistan və Bəlucistan əyalətinin polis rəisi Məhəmməd Qənbəri məlumat verib.

 

Onun bildirdiyinə görə, fevralın 6-sı axşam saatlarında bir neçə naməlum silahlı şəxs əyalətin Zahidan və Sərbaz rayonlarında yerləşən polis idarələrini atəşə tutub. Polislə bir müddət atışmadan sonra onlar hadisə yerindən uzaqlaşıblar. Atışma nəticəsində xəsarət alan olmayıb.

 

Bu hadisələrdən bir neçə saat sonra isə əyalətin Cəkiqur bölgəsində naməlum silahlılar pentensiar xidmətin məhkum daşıyan kartecini atəşə tutublar. Bu hadisə nəticəsində də ölən və yaralanan olmayıb.

 

Qeyd etmək lazımdır ki, İranın Sistan və Bəlucistan əyalətində tez-tez polis və təhlükəsizlik qüvvələri hücumlara məruz qalır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN