İranın Sistan və Bəlucistan vilayətində daşqın olub- Ölənlər var- FOTO

İranın Sistan və Bəlucistan vilayətində daşqın olub- Ölənlər var- FOTO

GünAz TV: İranın Sistan və Bəlucistan vilayətinin cənub bölgəsində daşqın və sel baş verib.

 

Yaşayış evləri və təsərrüfata dəyən ciddi zərərdən başqa, daşqınlar nəticəsində 3 nəfər həyatını itirib.

 

Vilayətdə infrastrukturların çox aşağı səviyyədə olmasına görə, qışda və yayda mövsümi yağışlar nəticəsində daşqınlar meydana gəlir.

 

Yerli Hidrometeoroloji Proqnozlar Bürosunun yaydığı məlumata əsasən, yağan musson yağışları vilayətin 9 rayonunda çayların daşmasına və selə səbəb olub. Nəticədə 40 kəndin bir-birilə əlaqəsi kəsilib.

 

Media orqanları hazırda həmin kəndlərdə həyatın iflic olduğu, elektrikin kəsildiyi və yardımlara ehtiyac olduğu barədə məlumatlar dərc ediblər.

 

Qeyd etmək lazımdır ki, İran rejiminin irqi ayrı-seçkiliyi və laqeyd münasibətinə görə, Sistan və Bəlucistan vilayətində yollar, infrastruktur və əhalinin yaşayış səviyyəsi ən aşağı həddədir. Çayların ətrafında bəndlərin mövcud olmaması səbəbindən, mövsümi yağışlar demək olar ki, hər il bu cür daşqınların yaranmasına yol açır.

 

 

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN