İranın Təbriz və Ərdəbil şəhərlərində daha 3 nəfər dara çəkilib

İranın Təbriz və Ərdəbil şəhərlərində daha 3 nəfər dara çəkilib

GünAzTV: İranda cinsi təcavüzdə və qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 nəfər edam edilib. 

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, ərli bir qadını zorlamaqda günahlandırılan 2 nəfər (Daryuş Rəşidi və Kazım Şiri) sentyabrın 3-ü sübh saatlarında İranın Təbriz şəhərinin mərkəzi zindanında dara çəkilib. Həmin gün Ərdəbilin mərkəzi həbsxacnasında da 1 nəfər edam edilib. 50 yaşlı müttəhim (Adil Kərimi) qətldə günahlandırılıb. Bildirilir ki, hər üç şəxs, barələrində çıxarılan ölüm hökmünün icrasından bir neçə gün əvvəl təkadamlıq kameralara köçürülmüşdü. Edam edilənlərin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

 

Son aylarda İranda edamların sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb. Edam edilənlərin əksəriyyəti isə narkotik maddə qaçaqmalçılığında, qətldə və cinsi təcavüzdə günahlandırılır.

 

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN