İranın Təbriz və Ərdəbil şəhərlərində daha 4 nəfər dara çəkilib

İranın Təbriz və Ərdəbil şəhərlərində daha 4 nəfər dara çəkilib

GünAzTV: İranda qətldə və homoseksuallıqda günahlandırılan daha 4 nəfər edam edilib. Edamlar Güney Azərbaycanın Təbriz və Ərdəbil şəhərlərində həyata keçirilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, Qətldə günahlandırılaraq ölümə məhkum edilmiş 3 nəfər, sentyabrın 18-i sübh saatlarında Təbrizin mərkəzi zindanında dara çəkilib. Edam edilənlərdən yalnız birinin (Sina Əsədzadə) adı mediaya açıqlanıb.

 

Həmin gün, Ərdəbilin mərkəzi zindanında daha 1 nəfər edam edilib. Homoseksuallıqda günahlandırılan 24 yaşlı müttəhim (Şahin Parsacu) həbsxananın həyətində dara çəkilib. Bildirilir ki, ölüm hökmünün icrasına baxmaq üçün 50 məhbus zorla edam meydançasına gətirilib və onlar müttəhimin dara çəkilməsi səhnəsini yaxından baxmağa məcbur edilib.

 

 

Qeyd edək ki, İran İslam Respublikası ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur. Beynəlxalq hüquq təşkilatlarının bildirdiyinə görə hazırda İranda hər dörd saatda bir nəfər dara çəkilir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN