İranın üç şəhərində daha 6 məhbus dara çəkilib

İranın üç şəhərində daha 6 məhbus dara çəkilib

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 6 nəfər edam edilib. Edamlar, Kərəc, Qum və Sari şəhərlərində həyata keçirilib.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, müttəhimlərdən 4-ü (Məcid Heydəripur, Səfa Əli Cavadi, Cavad Kamani və Fərşid Qurbani) iyunun 27-si sübh saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr zindanında dara çəkilib.

 

Həmin gün, eyni ittihamla 19 yaşlı bir yeniyetmə (Əbülfəzl Çezani Şərahi) Qum həbsxanasında edam edilib. Bildirilir ki, beş il əvvəl 14 yaşındaykən baş verən bir davada istəmədən qətl törədən müttəhim, barəsində çıxarılmış ölüm hökmünün icrası üçün bundan əvvəl 5 dəfə dar ağacının ayağına qədər aparılsa da, müəyyən səbəblərə görə onun edamı dayandırılaraq təxirə salınmışdı.

 

İyunun 27-də həmçinin adı mediaya bəlli olmayan daha 1 müttəhim, eyni ittihama görə Sari şəhərində dara çəkilib.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN