İranın Urmiya, Brucerd və Sənəndəc şəhərlərində daha 5 məhkum dara çəkilib

İranın Urmiya, Brucerd və Sənəndəc şəhərlərində daha 5 məhkum dara çəkilib

GünazTV: İranda narkotik maddələrin qaçaqmalçılığında və qəsdən adamöldürmədə günahlandırılaraq ölümə məhkum edilmiş biri qadın olmaqla daha 5 məhkum edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, narkotik maddələrin satışı və qaçaqmalçılığına görə barələrində ölüm hökmü çıxarılmış ən azı 3 məhkum (Rauf Azadixah, Şəhabəddin Məhəmmədpur və İbrahim Əhmədipur) sentyabrın 26-sı sübh saatlarında Urmiya zindanında dara çəkiliblər.

 

 Həmin gün, eyni ittihamla daha 1 məhkum (Sultan Fəthizad) üç il həbsdə saxlandıqdan sonra Brucerd zindanında dar ağacından asılıb.

 

 Sentyabrın 25-i sübh saatlarında 1 qadın məhkum da Sənəndəc həbsxanasında dara çəkilib. Məhkum qadın (Leyla Zərəfşan) beş il əvvəl naməlum səbəbə görə törətdiyi qətlə görə edam edilib.

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN