İranın Urmiya şəhərində bir-biri ilə doğma qardaş olan daha 2 məhkum edam edilib

İranın Urmiya şəhərində bir-biri ilə doğma qardaş olan daha 2 məhkum edam edilib

GünazTV: İranın Urmiya şəhərində qətldə günahlandırılaraq barəlrində ölüm hökmü çıxarılmış daha 2 məhkum edam edilib. Edam edilənlər bir-biri ilə doğma qardaşdır.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, altı il əvvəl naməlum səbəbə görə qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan qardaşlar Daryuş Dərvişpur və Daneş Dərvişpur, yanvarın 15-i sübh saatlarında Urmiyanın mərkəzi zindanının həyətində dara çəkiliblər. Bildirilir ki, hər iki qardaş, ölüm hökmünün icrasına hazırlıq üçün bir neçə gün əvvəl həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülmüşdü.

 

Edam edilən qardaşların məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN