İranın Urmiya şəhərində daha 4 nəfər dara çəkilib

İranın Urmiya şəhərində daha 4 nəfər dara çəkilib

GünAzTV: İranda müxtəlif ittihamlarla ölümə məhkum edilmiş daha 4 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, müttəhimlər Həsən Başuki, Əsğər Rəncbər, Hidayət Şirzad və Əli Zare noyabrın 7-si sübh saatlarında İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi sayılan Urmiya şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxslər, barələrində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə edamdan bir gün əvvəl həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülmüşdü. Bildirilir ki, dara çəkilənlər arasında Hidayət Şirzad evli və bir uşaq atası olub. Edam edilənlərin konkret nədə günahlandırıldığı haqda hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN