İranın Urmiya və Bəndər Abbas şəhərlərində daha 5 nəfər dara çəkilib

İranın Urmiya və Bəndər Abbas şəhərlərində daha 5 nəfər dara çəkilib

GunAzTV: İranda qəsdən adamöldürmədə və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha 5 nəfər edam edilib. Edamların 4-ü Urmiyada, 1-i isə Bəndər Abbas şəhərlərində həyata keçirilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, qəsdən adamöldürmədə təqsirli bilinən 4 nəfər (Murtuza Qolipur, Ramin Eşqi, Mehdi Hacızadə və Qubad Muradi) noyabrın 13-ü sübh saatlarında İranın Urmiya şəhərinin mərkəzi zindanında dara çəkilib.

 

 

Həmin gün, 1 nəfər də Bəndər Abbas şəhərinin həbsxanasında edam edilib. 37 yaşlı müttəhim (Sabir Süleymani), 9 kilodan çox narkotik maddə qaçaqmalçılığında günahlandırılıb. Edam edilənlərin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN