İranın Urmiya və Məşhəd şəhərlərində daha 2 nəfər dara çəkilib

İranın Urmiya və Məşhəd şəhərlərində daha 2 nəfər dara çəkilib

GünAzTV: İranda qəsdən adamöldürmədə günahlandırılaraq qisasa məhkum edilmiş daha 2 nəfər edam edilib. Edamlar üç gün əvvəl həyata keçirilsə də, bu barədə məlumat yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, törətdiyi qətlə görə 6 ildən bu yana həbsdə saxlanılmış müttəhimlərdən biri, 30 yaşlı Xoy şəhər sakini Tohid Məhəmməd Bağırlu, noyabrın 1-i sübh saatlarında Urmiya şəhərinin mərkəzi zindanında dara çəkilib.

 

Həmçinin 2011-ci ildə dostunun yardımı ilə naməlum səbəblər üzündən bir qoca kişini qətlə yetirən və adı mediaya açıqlanmayan digər müttəhim, həmin gün (noyabrın 1-də) Məşhədin Vəkilabad həbsxanasında dar ağacından asılıb. Edam edilən şəxslərin məhkəmə prosesi haqda hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN