İranın Xəndab şəhərində daha 1 məhkum ictimaiyyət qarşısında dara çəkilib

İranın Xəndab şəhərində daha 1 məhkum ictimaiyyət qarşısında dara çəkilib

GünazTV: İranın Mərkəzi əyalətinin Xəndab şəhərində qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, ötən ilin aprel ayında ailədaxili ixtilaflara görə baş vermiş bir davada həyat yoldaşını və onun 3 ailə üzvünü odlu silahla qətlə yetirən məhkum, iyulun 16-sı sübh saatlarında Xəndab şəhərinin Cəhad küçəsində ictimaiyyət qarşısında dara çəkilib. Edam edilən məhkumun adı mediaya açıqlanmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN