İranın Xoy şəhərində daha 1 nəfər dara çəkilib

İranın Xoy şəhərində daha 1 nəfər dara çəkilib

GünAzTV: İranda cinsi təcavüzdə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

Yayılan məlumatlara əsasən, iki qız atası olan müttəhim Cavad Gülniyyət, martın 11-i sübh saatlarında İranın Qərbi Azərbaycan əyalətində, Xoy şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN