İranın Xoy şəhərində daha 1 nəfər ictimaiyyət qarşısında dara çəkilib

İranın Xoy şəhərində daha 1 nəfər ictimaiyyət qarşısında dara çəkilib

 GünAzTV: İranda qəsdən adamöldürmədə günahlandırılaraq qisasa məhkum edilmiş daha 1 nəfər ictimaiyyət qarşısında edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 2012-ci ildə məişət zəminində baş verən bir davada 23 yaşlı bir gənci bıçaqlayaraq qətlə yetirən 36 yaşlı müttəhim Hadi Əsədlu, dekabrın 14-ü sübh saatlarında İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində ictimaiyyət qarşısında dara çəkilib. Edam edilən şəxsin şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN