İranın Yəməndəki səfirliyi raket atəşinə tutulub, səfirlik binasında yanğın əmələ gəlib

İranın Yəməndəki səfirliyi raket atəşinə tutulub, səfirlik binasında yanğın əmələ gəlib

GünAzTV: Yəmənin keçmiş prezidentinə vəfalı qüvvələrlə şiə-husilər arasında qarşıdurmaların şiddətləndirilməsinin ardınca, dekabrın 4-ü sübh saatlarında İranın Sənadakı səfirliyi raket atəşinə tutulub.

 

Ərəb xəbər agentliklərinin yaydığı məlumata əsasən, raket atəşi nəticəsində İran səfirliyində yanğın əmələ gəlib. Hadisənin təsadüfi olduğu və ya hansısa cərəyanlar tərəfindən qəsdən törədilməsi hələlik bilinmir. Həmçinin raket atəşi zamanı səfirlik binasında iranlı diplomatlardan kimlərinsə olub-olmadığı haqda hər hansı bir məlumat yayılmayıb.

 

Əli Abdullah Salehə vəfalı Milli Konqres qüvvələri ilə İranın dəstəklədiyi şiə-husiləri arasında üç gündən əvvəl paytaxt Sənada başlanan qızğın atışmanın hələ də davam etdirildiyi bildirilir.

 

Hadisənin təfərrüatı haqda hər hansı bir məlumat yayılmayıb.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN