İranın yüksək rütbəli bir təhlükəsizlik rəsmisinin ölkədən qaçması barədə xəbərlər yayılıb

İranın yüksək rütbəli bir təhlükəsizlik rəsmisinin ölkədən qaçması barədə xəbərlər yayılıb

GünAzTV: İran İslam Respublikasına müxalif mənbələrin fevralın 1-də yaydığı məlumata əsasən, İran Ali Milli Təhlükəsizlik Şurası rəhbərinin kiber bölümü üzrə baş müşaviri, Raket və Kiber Hücumundan Müdafiə Təşkilatının yüksək rütbəli üzvü Turəc İsmayili ölkədən qaçaraq, Türkiyədəki Qərb səfirliklərindən birinə sığınıb.

 

Məlumata əsasən, Turəc İsmayili İranın kiber informasiyasının fəaliyyət mexanizmi ilə bağlı yüzlərlə gizli və mühüm sənədi ölkədən xaric edib.

 

Böyük Britaniyanın “İSİCRC” saytının İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxaninin yaxınlarından birinə istinadən yaydığı məlumatına əsasən, Turəc İsmayili yanvarın 13-də ölkədən qaçaraq, Türkiyədəki Qərb ölkələrindən birinin səfirliyinə pənah aparıb.

 

Həmin saytın bildirdiyinə görə, İsmayili ölkədən qaçandan sonra əvvəlcə İstanbulun “Avant Garde Taksim» hotelində məskunlaşıb. Lakin az sonra İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) onun qaldığı yeri müəyyənləşdirərək, onu yaxalamaq üçün öz xəfiyyə məmurlarını həmin hotelə göndərib. Bildirilir ki, ETTELAAT əməkdaşlarının İstanbula göndərilməsindən xəbər tutan İsmayili, cəld tərpənərək hoteli tərk edib və xarici ölkələrdən birinin baş konsulluğuna müraciət edib.

 

Turəc İsmayilinin konkret hansı xarici konsulluğa müraciət etdiyi açıqlanmasa da, onun Amerikanın İstanbuldakı baş konsulluğunu sığındığı təxmin edilir.

 

Məlumatda həmçinin qeyd edilir ki, 2018-ci ilin aprel ayından bu yana, İran Ali Milli Təhkükəsizlik Şurasının 3 yüksək rütbəli əməkdaşı (Əlirza Zərafifan, general İsa Qolverdi və Qafur Dərqazi) casusluqda günahlandırılaraq həbs edilib. Onların hazırda harada saxlanıldığı haqda hər hansı bir məlumat yayılmayıb.

 

Rəsmi Tehran, Turəc İsmayilinin ölkədən qaçıb Türkiyədə xarici bir səfirliyə sığınması barədə yayılan məlumatlara hər hansı bir reaksiya verməyib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN