İranın Zahidan şəhərində baş verən iki partlayışda hüquq-mühafizə qüvvələrinin 3 əməkdaşı yaralanıb

İranın Zahidan şəhərində baş verən iki partlayışda hüquq-mühafizə qüvvələrinin 3 əməkdaşı yaralanıb

GünAzTV: İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində baş verən iki partlayışda hüquq-mühafizə qüvvələrinin 3 əməkdaşı yaralanıb.

 

Baş vermiş olayla bağlı jurnalistlərə açıqlama verən Sistan-Bəlucistan hüquq-mühafizə qüvvələrinin komandanı Məhəmməd Qənbəri deyib ki, hadisə yanvarın 29-u yerli vaxtla axşam saat 20:30 radələrində Zahidanın Besət bulvarında baş verib: “Naməlum şəxslərin kustar yolla hazırladığı səsli bir bombanı bulvarda partlaması dəhşətli səs-küyə səbəb olub. Hadisədən dərhal sonra əməkdaşlarımız hadisə yerinə yollansalar da, ilk partlayışın baş verdiyi yerdə şübhəli bir bağlama ilə rastlaşıblar. Lakin onlar həmin bağlamanı yoxlamaq istərkən ikinci bomba partlayıb. Partlayış nəticəsində 4 nəfər yaralanıb. Yaralılardan 3-ü hüquq-mühafizə qüvvələrinin  əməkdaşlarıdır. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların ümumi səhhəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır”.

 

Sistan-Bəlucistan hüquq-mühafizə qüvvələrinin komandanı Məhəmməd Qənbəri

 

Hadisədən az sonra, İranın sünni məzhəbli bəluclarının milli və dini hüquqları uğrunda silahlı mübarizə aparan, hərbi bazaları Pakistan ərazisində olan “Ceyş ül Ədəl” (Ədalət Ordusu) təşkilatı bəyanat yayaraq, hər iki partlayışın məsuliyyətini öz üzərinə götürüb.

 

"Ceyş ül Ədl" (Ədalət Ordusu) təşkilatının yaraqlıları

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN