İranın Zahidan zindanında daha 1 nəfər dara çəkilib

 İranın Zahidan zindanında daha 1 nəfər dara çəkilib

GünAzTV: İranda qəsdən adamöldürmədə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1nəfər edam edilib.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, 5 il əvvəl törətdiyi qətlə görə edama məhkum olunmuş 25 yaşlı müttəhim Əbdülbasit Rəhmani, mayın 3-ü sübh saatlarında İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin mərkəzi zindanında dara çəkilib. Mayın 1-də edama hazırlıq üçün təkadamlıq kameraya köçürülən həmin şəxs, 5 il həbsdə saxlandıqdan sonra edam edilib.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN