İranın Zəncan şəhərində daha 1 məhkum dara çəkilib

İranın Zəncan şəhərində daha 1 məhkum dara çəkilib

GünazTV: İranda qəsdən adamöldürmədə günahlandırılaraq qisasa məhkum edilmiş daha 1 nəfər edam edilib. Məhkum dörd gün əvvəl edam olunsa da, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl naməlum səbəbə görə qətl törədən və həmin vaxtdan tutularaq həbsdə saxlanılan Mərənd şəhər sakini, 42 yaşlı Mustafa Şiri, iyulun 8-i sübh saatlarında Zəncanın mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb. 

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN