İranın Zəncan şəhərində daha 1 məhkum dara çəkilib

İranın Zəncan şəhərində daha 1 məhkum dara çəkilib

GünazTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılan daha 1 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, narkotik qaçaqmalçılığına görə beş il əvvəl həbs edilən Qoşaçay (Miyandab) şəhər sakini, məhkum Bəhmən Pərvizi, oktyabrın 15-i sübh saatlarında Zəncan şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN