İranın Zəncan şəhərində daha 1 məhkum dara çəkilib

İranın Zəncan şəhərində daha 1 məhkum dara çəkilib

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, üç il əvvəl naməlum səbəbə görə qətl törətdiyinə görə barəsində ölüm hökmü çıxarılmış Əbhər şəhər sakini 35 yaşlı məhkum Məhəmmədəli Arameş, yanvarın 1-i sübh saatlarında Zəncan şəhərinin mərkəzi zindanında dara çəkilib. Edam edilən məhkumun məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN