İranın Zəncan və Bircənd şəhərlərində daha 2 məhkum dara çəkilib

İranın Zəncan və Bircənd şəhərlərində daha 2 məhkum dara çəkilib

GünazTV: İranda qətldə və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan daha 2 məhkum edam edilib. Edamlar bir neçə gün əvvəl Zəncan və Bircənd şəhərlərində baş verib.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl maliyyə ixtilafları səbəbilə baş verən davada qətl törədən Təbriz şəhər sakini olan 30 yaşlı məhkum Bağır Əzimi noyabrın 19-da Zəncan zindanında dara çəkilib.

 

Həmçinin narkotik maddələrin satışı və qaçaqmalçılığnda günahlandırılaraq edama məhkum edilən digər məhkum Məhəmməd Dəbir noyabrın 24-də Bircənd şəhərinin həbsxanasında dar ağacından asılıb. Miliyyətcə bəluc olan məhkum, beş il yarım həbsdə saxlandıqdan sonra edam edilib.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN