İranın Zəncan və İlam şəhərlərində daha 4 nəfər edam edilib

İranın Zəncan və İlam şəhərlərində daha 4 nəfər edam edilib

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 4 nəfər edam edilib. Edamlar Zəncan və İlam şəhərlərində həyata keçirilib. 

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl Kirmanşah şəhərində naməlum səbəbə görə qətl törədən 37 yaşlı məhkum Hidayət Mehrabi, aprelin 16-sı sübh saatlarında Zəncan şəhərinin zindanında dara çəkilib.

 

Həmçinin eyni ittihamla ölüm hökmü almış daha 3 məhkum, aprelin 18-də İlam şəhərinin həbsxanasında dar ağacından asılıb. Edam edilən üç məhkumun adları mediaya açıqlanmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN