İranla Çin arasında ticari dövriyyə 35% azalıb

İranla Çin arasında ticari dövriyyə 35% azalıb

GünAz TV: İran-Çin Ticarət Palatasının sədri Məcidrza Həriri iki ölkə arasında mövcud olan ticari dövriyyənin son 2 il ərzində 35% azaldığını deyib.

 

Onun sözlərinə görə, sanksiyalar ölkəsindən Çinə ixrac edilən neft, qaz və qaz-konsendant kimi məhsulların həcminin azalmasına ciddi təsir göstərib.

 

Yanvarın 24-ü Çinin Gömrük Təşkilatı yaydığı statistikada 2019-cu ildə İranla ikitərəfli ticarətin kəskin dərəcədə azaldığını bəyan etmişdi.

 

Məcidrza Həriri Çində koronavirusun iki ölkə arasındakı mövcud ticarətə təsir göstərəcəyini istisna etdiyini deyib. O, eyni zamanda bu istiqamətdə dəqiq fikir bildirmək üçün müəyyən müddət gözləməyin lazım olduğunu qeyd edib.

 

Qeyd etmək lazımdır ki, Çin İranın əsas ticari tərəfdaşlarından biri hesab edilir. Lakin ABŞ sanksiyalarından sonra iki ölkə arasında iqtisadi əlaqələr kəskin dərəcədə enib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN