İranla Ermənistan Naxçıvan yaxınlığında hərbi təlimlər keçirəcəklər

İranla Ermənistan Naxçıvan yaxınlığında hərbi təlimlər keçirəcəklər

GünAz TV: “Cəmiyyət üçün beynəlxalq layihələr” təşkilatı başçısı, siyasi analitik Arye Qut İsrail mənbələrinə əsasən, Ermənistan və İranın Qarabağda, eləcə də Naxçıvan sərhədləri yaxınlığında yeni hərbi-texniki əməkdaşlıq etmək barədə planlarının olduğunu deyib.

 

Arye Qut bildirib ki, İravanda İranla birlikdə Naxçıvan sərhədləri yaxınlığında hərbi təlimlər keçirilməklə bağlı təklif irəli sürülüb.

 

Rəsmi Tehran və İrəvan arasında yeni hərbi-texniki əməkdaşlıq və birgə təlimlərin keçirilməsi ilə bağlı bu yeni təkliflərdən qısa müddət öncə iki ölkənin birgə hazırladığı “Nəcm-802” adlı radiolokasiya stansiyası Rusiyada keçirilmiş sərgilərdən birində nümayiş etdirilmişdi.

 

Ermənistanın 1990-cı ilin əvvəllərində Azərbaycan torpaqlarını işğal edən zaman İranın Ermənistana dəstək göstərdiyini, elə həmin dövrdə, 1994-cü ildə iki ölkə arasında “həyat yolu” adlandırılan yolun çəkilişinin başlandığını vurğulayan analitik 2016-cı il aprel döyüşlərinin İrəvan üçün ibrət dərsi olmalı olduğunu deyib. Arye Qut qeyd edib ki, aprel döyüşləri Ermənistan ordusunun Azərbaycan ordusu qarşısında nə qədər zəif və acib olduğunu, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqaz regionunda ən güclü ordu olduğunu göstərdi.

 

O, həmçinin vurğulayıb ki, Tehran Qafqaz regionunda “balanslı” siyasət həyata keçirməsəydi, Ermənistan böyük problemlərlə üz-üzə qalardı. Belə ki, ən çətin dövrlərdə Ermənistanın köməyinə İran yetişib, iki ölkə arasındakı 42 kilometrlik sərhəd rəsmi İrəvan üçün hər zaman “həyat yolu” olub. İqtisadi blokadada olan işğalçı Ermənistan rejiminin yalnız İran vasitəsilə Asiya və Yaxın Şərq regionuna çıxışı var.

 

Arye Qut sonda əlavə edib ki, İran hər zaman özünü dünyada “müsəlmanların himayəçisi” kimi göstərməsinə baxmayaraq, 600 kilometrlik sərhədi olan, müsəlmanların yaşadığı Azərbaycana düşmən münasibət bəsləyir, onun inkişafını və güclənməyini əngəlləməyə çalışır. Tehran rejimi yaxşı bilir ki, Azərbaycan Respublikasının güclənməsi güney azərbaycanlılar üçün stimul olacaq. İran molla rejimi Güney Azərbaycanda milli təfəkkürün güclənməsini də özü üçün böyük təhdid hiss edir. Hazırda İranın Qarabağda müsəlmanları öldürüb, torpaqlarını işğal edən, 1 milyondan çox müsəlmanın məcburi köçkün həyatı sürməsinə səbəb olan Ermənistanlar hərbi-texniki əlaqələri genişləndirmək və birgə hərbi təlimlər keçirtmək üçün nəzərtə tutduğu planı bir daha Tehranın iddialarının əksinə olaraq, müsəlmanlara dəstək olduğunu deyil, yalnız öz maraqları üçün hərəkət etdiyini göstərir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN