İranla Türkiyə səhədində atışma olub. 1 İran sərhədçisi ölüb, 3-ü yaralanıb. Çavuşoğlu iranlı həmkarına başsağlığı verib

2017-12-05 09:37

GünAzTV: Dekabrın 4-ü axşam saat 16:30 radələrində İranın Qərbi Azərbaycan əyalətinin Maku şəhərində, Türkiyə sərhədinə yaxın Boralan məntəqəsində baş verən atışmada 1 İran sərhədçisi ölüb, 3-ü ağır yaralanıb.

 

Bu barədə Maku fərmandarı Şahin Əlizadə hadisədən az sonra jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, hadisədə xəsarət alanlardan 1-i sərhədçi, 2-si isə sərhədyanı su hövzələrindəki vəziyyəti araşdırmaq üçün bölgəyə getmiş İranın Su Təşkilatının mütəxəssisləridir.

 

           Maku fərmandarı Şahin Əlizadə

 

Qərbi Azərbaycanın valisi Məhəmməd Mehdi Şəhriyari isə sərhəddə baş verən insidentlə bağlı jurnalistlərə bildirib ki, atışmada yaralananlardan 2-si Türkiyənin Qars əyalətinin xəstəxanasına aparılıb: “Türkiyədəki səfirliyimiz Qars ostandarı Rəhmi Doğanla əlaqə saxlayaraq məsələnin həssaslığına toxunaraq vətəndaşlarımızın səhhəti ilə maraqlanıb. Rəhmi Doğan isə yaralıları daşıyan helikopterin artıq Qarsda yerə endiyini və onların xəstəxanaya köçürüldüyünü bildirib. O, yaralılara tibbi yardım göstərmək üçün xəstəxananın bütün əməliyyat otaqları və cərrahlarının səfərbər edildiyindən xəbər verib”.

 

Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Mehdi Şəhriyari

 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi isə sərhəddə baş verən olayla bağlı jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hazırda Moskvada səfərdə olan iranlı həmkarı Məhəmmədcavad Zərifə zəng vuraraq ona başsağlığı verərib. Telefon danışığında Çavuşğlu bildirib ki, hadisəyə səbəb PKK terrorçuları olub. Çavuşoğlu hadisənin səbəblərini ciddi şəkildə araşdıracaqlarını və nəticəni İran rəsmilərinə bildirəcəklərinə söz verib”.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi

 

Atışmanın necə baş verdiyini açıqlamayan Bəhram Qasimi deyib ki, İran Xarici İşlər Nazirliyi iki ölkənin sərhədində baş verən insidentin səbəblərini araşdırır.

 

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda "casusluq"da ittiham edilən bir neçə nəfər saxlanılıb

2020-08-11

gun az article

GünazTV Aug.10.2020: “BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı silah embaqrosu layihəsini müzakirəyə çıxarır”

2020-08-11

gun az article

Nəsrin Sütudə: "Siyasi məhbusların azadlığı üçün aclıq aksiyası edirəm"

2020-08-11

gun az article

TŞ-da İrana qarşı silah embarqosunun uzadılması müzakirə ediləcək

2020-08-11

gun az article

İranda daha 184 nəfər koronavirusdan ölüb, 2345 nəfər xəstəliyə yoluxub

2020-08-11

gun az article

İranda ali məktəblərə qəbul imtahanları təxirə salınıb

2020-08-11

gun az article

Hormozqan əyalətində daha 9 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 610 nəfərə çatıb

2020-08-11

gun az article

Rəsmi Kiyev: "Təyyarənin vurulmasına görə kompensasiyanı İran ödəməlidir"

2020-08-11

gun az article

Kelli Kraft: “Ən düzgün seçim İrana qarşı qoyulan silah embarqosunun müddətinin uzadılmasıdır”

2020-08-11

gun az article

GünazTV Aug.09.2020: “Amerikada İşsizliyə görə verilən həftəlik müavinətlər 600 dollardan 400 dollara endirildi”.

2020-08-10

gun az article

İranlı rəsmi dövlətin koronavirusla bağlı statistikalarını saxta adlandırıb

2020-08-10

gun az article

Eli Kohen: "İsrail İranın hər bir yerində baş verənlərdən məlumatlıdır"

2020-08-10

gun az article

Rəsmi Tehran: "Ukrayna təyyarəsi qurbanlarına təzminatı Avropa şirkətləri ödəməlidir"

2020-08-10

gun az article

İranda daha 2132 nəfər koronavirusa yoluxub, 189 nəfər vəfat edib

2020-08-10

gun az article

Evin həbsxanasında bəzi siyasi məhbuslar koronavirusa yoluxub

2020-08-10

gun az article

Minu Mohrəz: “Koronavirus mutasiya edib. Payızda vəziyyətimiz daha pisləşəcək”

2020-08-09

gun az article

İranda xristianlığı qəbul edən daha 4 nəfər həbsə məhkum edilib

2020-08-09

gun az article

İranın Kirmanşah əyalətində 5.1 bal gücündə zəlzələ baş verib

2020-08-09

gun az article

İranda daha 163 nəfər koronavirusdan ölüb, 2020 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-08-09

gun az article

Əlbürz əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib. İnfeksiyadan ölənlərin sayı 804 nəfərə çatıb

2020-08-09