İranlı aktrisa Məhnaz Əfşarın saxlanılması ilə bağlı hökm verilib- siğə və “Həşdəş-Şəbi”yə etiraz etdiyi üçün

İranlı aktrisa Məhnaz Əfşarın saxlanılması ilə bağlı hökm verilib- siğə və “Həşdəş-Şəbi”yə etiraz etdiyi üçün

GünAz TV: İranlı kino aktrisası Məhnaz Əfşarın saxlanılması barədə hökm çıxarılıb.

 

Mehnaz Əfşar bir müddət öncə öz şəxsi “Twitter” səhifəsində “Həşdəş-Şəbi” yaraqlılarının İrana gətirilməsi və ölkədə qadınların siğə adı altında cinsi istismara məruz qalmasına etiraz olaraq status paylaşmışdı.

 

Xanım Əfşar barəsində hökmün Mazandaranda təhsil alan cavan axund Qafar Dəryabarın şikayəti əsasında çıxarıldığı deyilir. Axundun iddiasına görə, “Həşdəş-Şəbi və siğə barəsində heç bir söz demədiyi halda, “Twitter”də fotosundan istifadə edib, onun dilindən sözlər yazıblar”.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN