İranlı axund: “Amerikanın İrana qarşı mümkün hücumunun ziyanı İsrailə də dəyəcək”

İranlı axund: “Amerikanın İrana qarşı mümkün hücumunun ziyanı İsrailə də dəyəcək”

GünAzTV: İranda Üləma Məclisinin rəyasət heyətinin üzvü, Tehranın cümə namazının dönəm başqanı, axund Əhməd Xatəmi avqustun 22-də Qurban bayramı münasibətilə Tehranda qılınan namaz xütbələrində çıxış edərək “Amerikanın İrana qarşı mümkün hücumu”ndan danışıb.

 

Axund bildirib ki, əgər Amerika İrana qarşı hərbi hücuma başlasa, bunun fəsadları çox geniş olacaq və bütün regionu bürüyəcək: “Əgər Amerika İrana qarşı hücuma keçsə, bunun ziyanları təkcə amerikalıların özlərinə yox, onların regiondakı müttəfiqlərinə, o cümlədən də İsrailə də şamil ediləcək və onlar da bundan ziyan görəcəklər.

 

Vaşinqtonun bizimlə müzakirə aparmaq məsələsinə gəlincə, hesab edirik ki, Amerika danışıqlar aparmaq fikrində deyil. O, sadəcə olaraq müzakirələrdə diktatorluq edərək öz hegemonluğunu sürdürmək niyyətindədir. Lakin Amerika bilməlidir ki, İran İslam Respublikası diktatorluq qarşısında dayanıb, gələcəkdə də dayanacaq. İranlılar isə Amerikanın nüvə müqaviləsinin (“Bərcam”ın) başına nələr gətirdiyini və onu qeyri-insani şəkildə necə pozduğunu yaxşı bilirlər”.

 

Xatırladaq ki, Tramp iyulun 30-da Ağ evdə İtaliyanın baş naziri Cüzeppe Konte ilə danışıqlardan sonra onunla birgə keçirdiyi mətbuat konfransında İran məsələsindən danışıb.

 

 

O, jurnalistlərdən birinin verdiyi “Siz rəsmi Tehranla yaşanan çaxnaşmanı azaltmaq üçün İran prezidenti Həsən Ruhani ilə görüşə hazırsınızmı” sualını belə cavablandırıb: “Mən, heç bir ilkin şərtsiz hər kəslə, o cümlədən də İran rəsmiləri ilə istənilən vaxtda görüşməyə hazıram. Bunun üçün heç bir şərtim yoxdur. Əgər onlar (İran rəhbərləri) istəsələr bir-birimizlə görüşərik. Bu, həm onlar və bizim üçün, həm də dünya üçün yaxşıdır. Lakin güman etmirəm ki, indiki şəraitdə onlar buna hazır olsun”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN