İranlı axund: “İran, Türkiyə və İraq bu toxumun cücərməsinin qarşısını almalı, onu bətnində boğmalıdır”

İranlı axund: “İran, Türkiyə və İraq bu toxumun cücərməsinin qarşısını almalı, onu bətnində boğmalıdır”

GünAzTV: Oktyabrın 6-da Tehranın cümə namazına rəhbərlik edən axund Əhməd Xatəmi, namaz xütbəsindəki çıxışında İraq Kürdistanında keçirilmiş müstəqillik referendumundan danışıb.

 

Sentyabrın 25-də İraqın Kürdistan Muxtariyyətində keçirilmiş referendumu “xəyanət” adlandıran Xatəmi bildirib ki, İran, Türkiyə və İraqın mərkəzi hökuməti kürdlərin bu hərəkətinin qarşısını almaq üçün bir araya gəlməli, birgə əməkdaşlıq aparmalıdır: “Təəssüflər olsun ki, İraq Kürdistanı rəsmiləri düz sözü eşitmək istəmədilər və sentyabrın 25-də xəyanətə yol verdilər. Xoşbəxtlikdən dünya bu referendumu tanımadı. Amerhika da bu barədə bəyanat yaydı və hətta sionist rejimi də rəsmi şəkildə referendumu dəstəkləmədi.

 

Hesab edirik ki, İran, Türkiyə və İraq arasında olan birlik və mütəfiqlik bu problemin aradan qaldırılmasına yardım edə bilər. Belə ki, nə qədər ki gec deyil, İran, Türkiyə və İraqın mərkəzi hökuməti öz aralarında güclü bir ittifaq yaradaraq bu toxumun cücərməsinin qarşısını almalı, onu bətnində boğmalıdır”.

 

Xatırladaq ki, sentyabrın 25-də İraq Kürdistan Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilib və səsverməyə qatılanların 92 faizindən çoxu müstəqilliyin lehinə səs verib. 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN