İranlı axund: “Məmurlar xalqı özləri və qohumlarından üstün tutmalıdırlar”

İranlı axund: “Məmurlar xalqı özləri və qohumlarından üstün tutmalıdırlar”

GünAz TV: Məşhədin müvəqqəti imam cüməsi Məhəmmədbağır Fərzanə məmurlara xitab edərək, ölkədə işsizliyin və sosial problemlərin həll edilmədiyi təqdirdə qarşısıalınmaz fəsadlara yol açacağını deyib.

 

Xalqın hazırda böyük iqtisadi problemlər yaşadığını deyən axund bu problemlərin tənzimləyəcək heç bir mexanizmin mövcud olmadığını deyib. Onun sözlərinə görə, hətta bir küçədə satılan eyni məhsul dükanlardan asılı olaraq fərqli qiymətlərə təklif olunur.

 

O, xalqın məmurların və onların yaxınlarının kübar həyatından narahat olduğunu və “düşmənlərin də bu vəziyyətdən bəhrələndiyini” deyib.

 

Axund məmurları işsizlik və sosial problemləri həll etməyə çağıraraq, deyib ki, məmurlar xalqı özləri və qohumlarından üstün tutmalıdırlar.

 

Məhəmmədbağır Fərzanə cümə xütbəsinin əksər hissəsində isə Qərb əleyhinə fikirlər səsləndirib. Onun sözlərinə görə, hazırda ölkədə mövcud olan problemlər “düşmənin İrana qarşı kampaniyalar aparması” üçün “əlverişli şərait” yaradır.

 

Qeyd edək ki, May ayında Amerika Birləşmiş Ştatları İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından çıxdığını elan etdikdən sonra ölkə bir çox iqtisadi problemlərlə üzləşib. Ölkə valyutası xarici valyuta qarşısında kəskin ucuzlaşıb, əhali arasında işsizlik səviyyəsi yüksəlib, eləcə də gündəlik təlabat mallarının qiymətləri kəskin olaraq yüksəlib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN