İranlı axund: “Ölkə əhalisinin bir qismi ağır maddi ehtiyac içində yaşadığına görə dindən və məzhəbdən üz döndərib”

İranlı axund: “Ölkə əhalisinin bir qismi ağır maddi ehtiyac içində yaşadığına görə dindən və məzhəbdən üz döndərib”

GünAzTV: İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun müvəqqəti rəsi, Tehranın cümə namazının dönəm başqanı axund Məhəmmədəli Müvəhhidi Kirmani fevralın 15-də ölkədə yoxsulluq problemi ilə bağlı Tehranda keçirilən bir tədbirdə çıxış edərək ölkə əhalisinin ağır maddi ehtiyac içində yaşamasından gileylənib.

 

Axund Müvəhhidi Kirmani bildirib ki, ölkədəki mövcud ağır iqtisadi durum, cəmiyyətin kasıb təbəqəsinin tədriclə dindən və məzhəbdən uzaqlaşmasına səbəb olub: “Biz, dünənə qədər düşmənlərimizə qarşı cəbhədə vuruşurduq. Lakin bizim bu savaşımız bu gün ölkədəki mövcud iqtisadi problemlərə yönəlib. Çünki düşmən bizi iqtisadi baxımdan zəiflətmək istəyir. Məqsədi isə insanlarımızı təzyiq altında saxlayaraq onları hakim sistemdən və inqilabdan uzaqlaşdırmaqdır. Elə buna görə də hesab edirəm ki, biz iqtisadi baxımdan o qədər inkişaf etməliyik ki, düşmən qarşısında dayana bilək. Belə olduqda isə düşmənin bizə qarşı təzyiqi öz təsirini itirəcək.

 

Əgər bizim insanlar ehtiyac içində yaşasalar və onların gecələr yeməyə  çörəyi belə olmasa və əgər onların yaşamağa evi olmasa və öz uşaqlarını məktəbə belə göndərə bilməsələr, bunun anlamı, Həzrət Əlidən rəvayət edilən hədisdən başqa bir şey ola bilməz. Həzrət Əli buyurub ki, yoxsulluq küfrə gətirib çıxarar. Təəssüflər olsun ki, eşitdiyimizə görə, bu gün ölkə əhalisinin bir qismi ağır maddi ehtiyac içində yaşadığına və iqtisadi sıxıntıda qaldığına görə biryolluq dindən və məzhəbdən üz döndərib”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN