İranlı axund: “Orucluq qadağalarına riayət etməyərək küçədə su içən 20 nəfərə şallaq zərbələri vurulub”

İranlı axund: “Orucluq qadağalarına riayət etməyərək küçədə su içən 20 nəfərə şallaq zərbələri vurulub”

GünAzTV: Qəzvin şəhərinin inqilab prokuroru, axund İsmayıl Sadiqi Niyarəki iyunun 11-də jurnalistlərə açıqlamasında hökumət tərəfindən tətbiq edilən orucluq qadağalarından və buna riayət etməyərək küçədə su içən və ya qida qəbul edən vətəndaşların cəzalandırılmasından danışıb.

Axund bildirib ki, son günlər Qəzvin şəhərində orucluq qadağalarına riayət etməyən 20 nəfər tutularaq cəzalandırılıb: “Hazırda Qəzvin şəhərində orucluq qadağalarını pozduqlarına görə ən azı 90 nəfər məsuliyyətə cəlb edilərək barələrində cinayət işi açılıb. Həmin şəxslərdən 20-si isə artıq cəzalandırılıb və onlara küçədə su içib qida qəbul etdiklərinə görə şallaq zərbələri vurulub.

 

İslam qanunlarına görə oruc tutmaq hamıya vacibdir. Lakin əgər hər kimsə hansı bir səbəbə görə oruc tuta bilmirsə, mübarək Ramazan ayının hörmətini saxlamalı, bununla bağlı qoyulan qadağalara riayət etməlidir. Elə buna görə də heç kəs ictimai yerlərdə açıq-aşkar su içməməli, yemək yeməməlidir. Əks təqdirdə, buna riayət etməyən vətəndaşlar cəzalandırılacaq”.

 

Qeyd edək ki, İranda Ramazan ayı boyunca iftardan əvvəl küçədə açıq-aşkar su içən, yemək yeyən və ya siqaret çəkənlər iki cürə cəzalandırılır. Nağd pul cəriməsi ödəmək və ya şallaq zərbələrinə məruz qoyulmaq. Orucluq qadağalarını pozan imkanlı şəxslər, əksər hallarda polisə və ya hökumət məmuruna nağd pul cəriməsi ödəyib cannı bir thər onların əlindən qurtara bilsə də, imkansız şəxslər rüşvət verə bilmədiyi üçün şallaq zərbələrinə məruz qoyulur, ictimaiyyət qarşısında cəzalandırılırlar.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN