İranlı axund Sistan və Bəlucistan vilayətində polislərin insanları atəşə tutmasını tənqid edib- Foto

İranlı axund Sistan və Bəlucistan vilayətində polislərin insanları atəşə tutmasını tənqid edib- Foto

GünAz TV: İranlı əhli-sünnət axundu Mövləvi Əbdülhəmid polisin Sistan və Bəlucistan vilayətinin Zahidan şəhərində Musa adlı cavanı atəşə tutaraq qətlə yetirməsinə münasibət bildirib.

 

O qeyd edib ki, sürücü yalnız sürücülük vəsiqəsi olmadığına görə, polisin dur əmrinə tabe olmayıb və qaçıb. Bundan sonra polislər onun maşınını atəşə tutublar. Bu isə qanuna və ölkənin təhlükəsizliyinə ziddir.

 

“Qanunla polis atəş açmağa məcbur qaldıqda, avtomobilin təkərinə atəş aça bilər. Sürücüyə tərəf güllə atmaq ölkə qanunlarına ziddir və ictimai asayişi ciddi təhlükə altında qoyur. Buna görə də, təhlükəsizlik qüvvələrinin insanlara qarşı qeyri-qanuni və üsulsuz atəş açması Sistan və Bəlucistan vilayəti xalqını narahat və pərişan edib”- deyə Mövləvi Əbdülhəmid əlavə edib.

 

Axund həmçinin vilayət ərazisində yollarda polis və təhlükəsizlik qüvvələrinin avtomobil və ya şəxslərə tərəf atəş açmaq səlahiyyətinin ləğv edilməsini tələb etdiklərini deyib.

 

Qeyd etmək lazımdır ki, mayın 27-də bəlucların yaşadığı Sistan və Bəlucistan vilayətinin Zahidan şəhərində polis Musa adlı yerli sakini güllələyərək qətlə yetirmişdi. Bu isə şəhər əhalisinin kütləvi etiraz aksiyası keçirməsi ilə nəticələnmişdi. Polisin zorakı müdaxiləsi ilə aksiya iğtişaşa çevrilmiş, nəticədə 70-dən çox insan həbs edilmişdi. Yerli əhalinin bildirdiyinə əsasən, bu gəncin sürücülük vəsiqəsi olmayıb, buna görə də polis postunda dur əmrinə tabe olmayıb. Nəticədə polis onun maşınını atəşə tutaraq, gənci öldürüb.

 

Qətlə yetirilmiş Musa adlı gənc

 

Bundan öncə də vilayət ərazisində polis dəfələrlə sivil insanları bu şəkildə qətlə yetirib. Axund Mövləvi Əbdülhəmid son hadisəni səthi formada tənqid etsə də, məsələnin əsl səbəblərinə, yəni İran rəsmilərinin bəluclara qarşı apardığı düşmənçilik siyasəti, vilayət ərazisində hökm sürən özbaşınalıq, səfalət və digər bu kimi hallara toxunmayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN