İranlı axund Suriya savaşında 2100 “Sepah”çının həlak olmasından xəbər verib

İranlı axund Suriya savaşında 2100 “Sepah”çının həlak olmasından xəbər verib

GünAzTV: İranda “Şəhid fondu”nun rəisi, axund Seyid Məhəmmədəli Şəhidi Məhəllati, martın 6-da jurnalistlərə açıqlamasında Suriya savaşında həlak olan “Sepah”çıların bu günə qədərki sayından danışıb.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilən “Sepah”çıları və onların əlaltı xarici muzdurlarını “əhli-beyt və həzrət Zeynəb hərəminin müdafiəçiləri” adlandıran axund Məhəllati deyib ki, İranın bu ölkədəki qüvvələrindən 2100-ü müxtəlif əyalətlərdə gedən döyüşlərdə həlak olub: “İndiyə qədər əhli-beyt hərəmi müdafiəçilərimizdən 2100 nəfəri şəhid olub. Lakin bu şəhidlərin getdiyi yol yenə də açıqdır”.

 

Axund Məhəllati Suriya savaşında həlak olan iranlıların sayının 2100 nəfər olduğunu bildirsə də, qeyri-rəsmi mənbələr bu rəqəmin qat-qat çox olduğunu bildirirlər.

 

İran, Bəşər Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyəti isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdlu üzvləridir.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN