İranlı axund Suriyada həlak olub

İranlı axund Suriyada həlak olub

GunAzTV: “Sepah” muzdlu Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının iranlı üzvü, axund Mahmud Tağıpur Suriyada gedən döyüşlərdə həlak olub.   

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl Suriyaya göndərilmiş məşhədli axund, noyabrın 11-də Dəməşq hakimiyyətinə qarşı vuruşan qüvvələrlə qarşıdurmada öldürülüb. Onun Suriyanın konkret hansı bölgəsində həlak olduğu mediaya açıqlanmayıb. “Sepah”çı axundun cənazəsinin yaxın günlərdə ölkəyə gətiriləcəyi bildirilir.

 

 

Qeyd edək ki, İran rejimi, Bəşər Əsədə yardım məqsədilə Suriyaya göndərdiyi daxili və xarici muzdluları “Zeynəb” hərəminin müdafiəçiləri” adlandırır.

 

İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN