İranlı axund Suriyada öldürülüb

İranlı axund Suriyada öldürülüb

GünAzTV: İranlı axund Məhəmmədhüseyn Mömini Suriyada öldürülüb. Bu barədə “Sepah”a bağlı “Fars” agentliyi aprelin 10-da məlumat yayıb.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə “Sepah”ın muzdlu pakistanlılardan ibarət “Zeynəbiyyun” briqadası qüvvələrinin sırasında Suriyaya göndərilən axund, Əsədə müxalif qüvvələrlə qarşıdurmada öldürülüb. Onun Suriyanın konkret hansı bölgəsində oldürüldüyü və cənazəsinin ölkəyə gətirilib-gətirilmədiyi açıqlanmayıb.

 

İran, Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN