İranlı axund Tehranın metro stansiyasından çıxarkən qətlə yetirilib

İranlı axund Tehranın metro stansiyasından çıxarkən qətlə yetirilib

GünAzTV: İranda hakimiyyətə bağlı axundlardan olduğu təxmin edilən höccətül-İslam Mustafa Səngdel Tehran metrosundan çıxarkən bıçaqlanaraq qətlə yetirilib.

 

Hadisə, oktyabrın 24-ü, axşam saat 16:50 radələrində Tehran metropoliteninin “İmam Xomeyni” stansiyasında baş verib. Metrodan çıxan 45 yaşlı axund, bir vətəndaşın soyuq silahla hücumuna məruz qalıb. Hücum edən şəxs, axundu yumruq və təpik altına salaraq onu bir neçə dəfə bıçaqlayıb. Beş bıçaq yarası alan axund Mustafa Səngdel xəstəxanaya çatdırılsa da, onun həyatını qurtarmaq mümkün olmayıb. O, çoxlu qan itirdiyinə görə keçinib.

 

 

Hücum edən şəxs hadisə yerindən qaçarkən yaxalanıb. Adı mediaya açıqlanmayan həmin şəxs ilk dindirilmədə bildirib ki, o, həmin gün səhər bəzi problemlərinin həlli ilə bağlı İran parlamentinə müraciət etsə də, onu içəri buraxmayıblar: “Ordan qayıdıb qardaşımın mağazasına getdim. Günorta yeməyini yeyəndən sonra gedib 35 min tümən verib bir bıçaq aldım və öz-özümə dedim ki, bu gün mən rəsmilərdən birini öldürməliyəm”.

 

Hadisənin detalları mediaya açıqlanmasa da, baş vermiş olayın səbəbləri araşdırılır.

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN