İranlı axund: “Tezliklə ingilslər islam respublikasının güclü əlindən sillə yeyəcəklər”

İranlı axund: “Tezliklə ingilslər islam respublikasının güclü əlindən sillə yeyəcəklər”

GünazTV: Tehranın cümə namazının dönəm başqanı axund Kazım Sədiqi iyulun 12-də namaz xütbələrindəki çıxışında rəsmi Londona qarşı təhdid dolu sərt bəyanatlar səsləndirərək, nüvə sazişindən və İranın uranı yüksək səviyyədə zənginləşdirəcəyindən danışıb.

 

Axund deyib ki, Böyük Britaniya hökuməti İrana məxsus “Grace 1” adlı neft tankerini Cəbəlüttariq boğazında saxladığına görə cəzalandırılacaq: “Şükürlər olsun ki, Allah bizim düşmənləri ağılsız yaradıb. Allahın köməkliyi ilə sizi əmin etmək istəyirəm ki, ingilislər yol verdikləri bu səhvə görə tezliklə islam respublikasının güclü əllərindən sillə (şillə) yeyəcəklər və bu əməllərindən həmişə peşman olacaqlar.

 

Nüvə sazişi məsələsinə gəlincə, avropalıların verdikləri vəddən bir il keçməsinə baxmayaraq, onlar nüvə razılaşması əsasında üzərlərinə götürdükləri öhdəliklərə nəinki əməl etməyiblər, hətta Amerikadya tabe olaraq, onun bizə qarşı tətbiq etdiyi sanksiyalara dəstək veriblər. Məhz bunları nəzərə alaraq, İran İslam Respublikası bundan sonra heç kəsə güzəştə getməyəcək, uranı 20% dərəcəsində və ya ehtiyac duyduğu daha yüksək dərəcələrdə zənginləşdirəcək” –deyə axund Kazım Sədiqi əlavə edib.

 

Xatırladaq ki, iyulun 3-də Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri və Cəbəllüttariq rəsmiləri İranın Suriyaya neft daşıyan “Grace 1” adlı gəmisini saxladıqları barədə məlumat yayıblar.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN