İranlı axunddan gülməli təklif: “Qum şəhəri Vatikan kimi müstəqil bir ölkəyə çevrilsin”

İranlı axunddan gülməli təklif: “Qum şəhəri Vatikan kimi müstəqil bir ölkəyə çevrilsin”

GünAzTV: Qum dini hövzəsinin axundu, xarici ölkələrdə şiə məzhəbini yaymaq məqsədilə təbliğatçı mollalar yetişdirən “Camiə tül Murtuza” mərkəzinin rəhbəri axund Əhməd Zadhuş, aprelin 18-də “Teleqram” kanalında yaydığı bir yazıda İranın Qum şəhərinin müstəqil bir ölkəyə çevrilməsi barədə təklif irəli sürüb.

 

Axund bildirib ki, İranın ən mühüm dini şəhəri sayılan Qumun Vatikan kimi müstəqil bir ölkəyə çevrilməsinin vaxtı gəlib çatıb: “Hesab edirəm ki, Qum və onun dini hövzəsi, dünya şiələrinin dini rəhbərlik sistemi halına gətirilməli, bu şəhər Vatikan kimi müstəqil bir ölkəyə çevrilməlidir. Bu ölkənin coğrafi hüdud və sərhədləri konkret müəyyənləşdirilməli, onun özünə məxsus bayrağı, konstitusiyası və qanunları olmalı, beynəlxalq qurumlara qəbul olunmalı və xarici ölkələrin səfirlərini qəbul etməlidir. Düşünürəm ki, şiə məzhəbi əsasında qurulacaq “Qum ölkəsi” xarici səfirləri qəbul edərək yürüdəcəyi müstəqil bir siyasətlə islam dünyasına, o cümlədən də şiə aləminə rəhbərlikdə mühüm rol oynaya bilər.

 

İnanıram ki, “Qum ölkəsi”nin yaranılması, indiki islam respublikasına və onun sistem və qanunlarına qarşı zidd addım sayılmır. Aydın məsələdir ki, “Qum ölkəsi”nin təşkili məsələsi və bununla bağlı irəli sürdüyüm təklif İran parlamentində gündəmə gətirilməli, barəsində fikir mübadiləsi aparılmalı və parlament tərəfindən qəbul olunmalıdır. Bununla bağlı həm də xalq arasında referendum keçirilməlidir. Belə bir ölkənin iqtisadi baxımdan ehtiyaclarının təmin edilməsi məsələsinə gəlincə,  təklif edirəm ki, İranın neft-kimiya və ya neftayırma sektorundan olan gəlirlərin bir hissəsi “Qum ölkəsi”nin ixtiyarına verilməli, onun dirçəldilməsinə sərf olunmalıdır”.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN