İranlı axunddan gülünc bəyanat: “Allaha təvəkkül və səbir Amerikanı çökdürməyin yeganə yoludur”

İranlı axunddan gülünc bəyanat: “Allaha təvəkkül və səbir Amerikanı çökdürməyin yeganə yoludur”

GünAz TV: İranlı axund, Yəzdin imam cüməsi Məhəmmədrza Nasiri mayın 17-də cümə xütbəsi zamanı Amerikanın regionda son hərbi aktivliyinə qarşı gülünc bəyanatlar səsləndirib.

 

O, ABŞ-ın əməli addımları qarşısında “İran xalqının seçiminin müqavimət və dözüm” olduğunu deyib.

 

Nasirinin sözlərinə görə, sanksiyalar və təzyiqlərə baxmayaraq, “İran xalqı Allaha təvəkkül və səbir etsə, Amerikanı diz çökdürəcək”.

 

Qeyd etmək lazımdır ki, sanksiyalardan sonra İranda kəskin bahalaşma və qıtlıq yaranıb. Xalqın yaşayış səviyyəsi xeyli aşağı düşüb. Cari və ötən ilin müxtəlif aylarında insanlar kəskin bahalaşma, işsizlik, əmək haqlarının və təqaüdlərin ödənməməsi və s. bu cür sosial problemlərə görə etiraz aksiyaları keçiriblər. İranlı axundlar və siyasətçilər isə hər zaman bütün bunları görməzdən gələrək, insanları özlərinin yürütdüyü ekspansionist siyasətin fəsadlarına dözməyə çağırırlar.

 

Digər tərəfdən, ölkədə insanların bu qədər ağır şəraitdə yaşamasına rəğmən, İran uzun illərdir ki, Suriya və Yəmən kimi ölkələrdə gedən vətəndaş müharibələrinə, eləcə də Hizbullah, Həmas və digər bu qəbildən olan terror təşkilatlarına ildə milyardlarla dollar pul verir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN