İranlı deputat: "5 min nəfər edam növbəsindədir”

2017-04-13 15:49

GünAzTV: İran parlamentinin məhkəmə-hüquq komissiyasının üzvü Əli Bəxtiyar, aprelin 12-də jurnalistlərə açıqlamasında narkotik qaçaqmalçılığına qarşı mübarizə qanunundan və ona düzəliş edilməsi üçün hazırlanan layihədən danışıb.

 

Əli Bəxtiyar bildirib ki, ölkədə narkotik qaçaqmalçılığı ilə bağlı törədilən  cinayətin həcmi, verilən cəzaya uyğun deyil: “Hazırda narkotik maddə qaçaqmalçılığında günahlandırılaraq həbsxanalarda saxlanılan 5 min məhbus edam növbəsindədir. Onlar arasında elələri var ki, külli miqdarda narkotik maddənin silhla daşınması işinə başçılıq ediblər. Elələri də var ki, bu sahədə cinayət törətmələrinə baxmayaraq, onların haqqı edam deyil. Çünki, çox hallarda törədilən cinayətlə verilən cəzanın bir-biri ilə uyğunluğu yoxdur.

 

Hazırlanan və üzərində iş aparılan layihədə təklif edilir ki, irihəcmli narkotik qaçaqmalçılığında rolu olmayanlara edam və ya ömürlük həbs cəzası yerinə 25 ildən 30 ilə qədər həbs cəzası nəzərdə tutulsun və ya həmin şəxslər, 1 milyard rialdan 10 milyard riala qədər nağd pul cəriməsi ödəsinlər. Bununla belə, hesab edirəm ki, narkotik maddənin daşınmasında və ya müxtəlif yollarla yerbəyer olunmasında az yaşlı uşaqlardan istifadə edənlərə qarşı edam cəzası əvvəldə olduğu kimi qüvvədə saxlanılmalıdır”.

 

İranda edamların sayının kəskin artması, yerli və beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. Edam edilənlərin əksəriyyətini isə narkotik maddə qaçaqmalçıları təşkil edir. İran İslam Respublikası hökuməti, ölkədə çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Amerika Nəvid Əfkarini edama məhkum edən məhkəmə hakiminə qarşı sanksiya qoyub

2020-09-25

gun az article

İranda Ukrayna təyyarəsinin vurulmasına etiraz edən tələbə 5 il həbsə məhkum edilib

2020-09-25

gun az article

GünazTV Sep.24.2020: Səudi Ərəbistan Kralı İranın yayılmaçı siyasətini tənqid etdi

2020-09-24

gun az article

İranda koronavirusla mübarizəyə ayrılmış pullardan 70%-dən çoxu "yoxa çıxıb"

2020-09-24

gun az article

İsraildə iki həftəlik sərtləşdirilmiş ümummilli karantin rejimi elan olunub

2020-09-24

gun az article

İranda koronavirusdan ölənlərin sayı 25 000 nəfəri keçib

2020-09-24

gun az article

Səhhəti ağır vəziyyətdə olan Nəsrin Sütudə xəstəxanadan həbsxanaya geri qaytarılıb

2020-09-24

gun az article

Əlirza Zali: “Gələn həftə Tehranda xəstəliklə bağlı vəziyyət çox ağır olacaq”

2020-09-24

gun az article

İranın 3 Avropa ölkəsində olan səfirləri bu ölkələrin Xarici İşlər Nazirliklərinə çağırılıb: Həbslər və siyasi repressiyaya görə

2020-09-24

gun az article

Əlbürz əyalətində daha 12 nəfər koronavirusdan vəfat edib

2020-09-24

gun az article

Səudiyyə Kralı İrana qarşı daha kəskin tədbirlərin görülməsini istəyib

2020-09-24

gun az article

Tehran-Zəncan şosesində ağır qəza: Yerüstü keçid uçub, ölən və yaralananlar var

2020-09-24

gun az article

İranda dollar uçmaqda davam edir, 1 dollar 28 120 tümən

2020-09-24

gun az article

İranda dolların məzənnəsində yeni rekord qeydə alınıb

2020-09-23

gun az article

İranda daha 184 nəfər “Covid-19”dan ölüb, 3605 yeni növ koronavirusa yoluxma halı aşkarlanıb

2020-09-23

gun az article

Zərifin Türkiyəyə nəzərdə tutulan səfəri son anda ləğv edilib

2020-09-23

gun az article

"Sepah" işçiləri Nazənin Zağəriyə təzyiq göstərirlər

2020-09-23

gun az article

İranın Əlbürz əyalətində daha 13 nəfər koronavirusdan ölüb

2020-09-23

gun az article

Tehranda dondurma zavodunda güclü yanğın baş verib- VİDEO

2020-09-23

gun az article

İran Tibb Sistemi Təşkilatının baş direktoru koronavirusa yoluxub

2020-09-23