İranlı deputat: “Cümə namazlarının səviyyəsi çox aşağı düşüb. Cümə imamların bəyanatları bir-birinə bənzər təkrar və şablon sözlərdir”

İranlı deputat: “Cümə namazlarının səviyyəsi çox aşağı düşüb. Cümə imamların bəyanatları bir-birinə bənzər təkrar və şablon sözlərdir”

GünAzTV: İran parlamenti sədrinin müavini Əli Mütəhhəri oktyabrın 22-də jurnalistlərə açıqlamasında cümə namazlarının keyfiyyətinin aşağı düşməsindən, namaz tribunalarından yayılan şablon bəyanatların bayağılığından və bu tribunaların yalnız müəyyən siyasi cərəyanlara xidmət etməsindən gileylənib.

 

Mütəhhəri deyib ki, hazırda ölkənin müxtəlif şəhərlərində keçirilən cümə namazlarına rəhbərlik edən ruhanilərin tribunalar arxasındakı rəftar və çıxışı, insanları namaza cəzb etmək əvəsinə onları namazdan bezdirib uzaqlaşdırır: “İranın hazırkı cümə namazları Bəni-Üməyyə və Bəni-Abbas dövründəki namazlara bənzəyir. Bu tribunalardan yalnız o şəxslər istifadə edə bilir ki, hakim sistemi tərifləyir və onu mədh edir, ölkənin mövcud ağır şəraitinə göz yumaraq hər hansı bir tənqidi fikir səsləndirmirlər.

 

Təəssüflər olsun ki, bizdəki cümə namazlarının səviyyəsi və keyfiyyəti çox aşağı düşüb. Belə ki,  tribunaların arxasından çıxış edən ruhanilərin hamısının sözləri, bir-birinə bənzər təkrar və şablon söz və bəyanatlardan başqa bir şey deyil. Hamıya məlumdur ki, onların hamısı bir mərkəzdən göstəriş alır və hər həftə eyni sözləri danışıb təkrar edirlər. Misal üçün onlara deyilir ki, bu həftə filan mövzu və ya şəxsdən danışmalısınız. Onlar da yuxarıdan onlara verilən əmri və ya göstərişi yerinə yetirirlər. Bu isə cümə imamlarının müstəqilliyinə və islamın cəmiyyətdəki mühüm siyasi və ictimai bazasına zərbə vurur, ona xələl gətirir.

 

Hesab edirəm ki, biz şiələrin cümə namazları Bəni-Üməyyə və Bəni-Abbas dövrünün cümə namazlarına bənzəməlidir. Çünki onların dövründə də cümə imamlarının əlinə əvvəlcədən hazırlanmış bir mətn verilərdi. Onlar da həmin mətnləri oxuyub təkrar edərdilər. Bu gün mütəfəkkir və səviyyəli alimlərin ümumi tribunalardan uzaqlaşdırılması insanda təəssüf hissi doğurur. Əgər cümə namazlarına rəhbərlik edən şəxslər misal üçün ölkənin dini liderinin nəzarətində olan qurumları tənqid edə bilsə, bunun nə eybi və ziyanı var ki. Bunun nəinki ziyanı yoxdur, əksinə xeyri də var. Çünki belə olduqda insanlar hər şeyin təbii olduğunu hiss edər, əvvəlkindən də çox camaat namazlarına cəlb edilərlər. Düşünürəm ki, biz sünilikdən uzaqlaşmalıyıq”.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN