İranlı deputat: “Dövlət Televiziyası milli media deyil, xalqın səsini əks etdirmir”

İranlı deputat: “Dövlət Televiziyası milli media deyil, xalqın səsini əks etdirmir”

GünAz TV: İran Milli Məclisinin deputatı Pərvanə Sələhşuri ölkənin Dövlət Teleradio Şirkətini kəskin tənqid edib.

 

O, qurumun xəbər yayımı formasını tənqid edərək, kanalın milli və millətə məxsus media müəssisəsi olmadığını, eləcə də xalqın ictimai rəyi və sözlərini öz xəbərlərində əks etdirmədiyini deyib.

 

“Bu kanalın hardan və necə formalaşdığını bilmirəm. Dövlət Televiziyası yalnız müəyyən qrupun fikirlərini ehtiva edən xəbərlərə yer verir”, - deyə millət vəkili əlavə edib.

 

Xanım Sələhşuri Dövlət Televiziyasının detablar təşkil etməklə, öz fikrini çatdırmaq istəyən cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlara yer verməsinin zəruri olduğunu deyib.

 

Deputat qeyd edib ki, kanalın yayınladığı proqramlarda xalq heç nə bilməyən insanlar kimi təqdim edilir, yalnız 1 qrup insanın ölkə ilə bağlı hər şey bildiyi, buna görə də, onların qərar qəbul etməli, cəmiyyətin də bu qərarlara boyun əyməli olduğu təlqin edilir.

 

Xatırladaq ki, Pərvanə Sələhşuri benzinin qiymətinin artırılması verdiyi reaksiyada rəsmilərə xitabən bildirmişdi ki, uzun müddətdir Parlamentə ölkə idarəsi ilə bağlı qəbul edilən qərarlarda yer verilmir və bu səbəbdən Milli Məclisi ləğv edin.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN