İranlı deputat, həyat yoldaşını təhqir edən polis əməkdaşına kəllə ataraq burnunu sındırıb

2017-08-01 13:39

GünAzTV: İran parlamentinin Bicardan seçilmiş deputatı Həmdulla Kərimi iyulun 31-də Tehranın hava limanında həyat yoldaşını təhqir edən polis əməkdaşını təpik altına salaraq kəllə zərbəsi ilə onun burnunu sındırıb.

 

Hadisə sübh saatlarında Tehranın Mehrabad hava limanında baş verib. Yol və şəhərsaldırma naziri ilə birgə Bicar şəhərinə uçmaq istəyən və şəxsi avtomobilində xanımı ilə birlikdə areportun özəl məntəqəsinə daxil olmağa çalışan deputatı bir polis əməkdaşı dayandıraraq ondan kimlik tələb edib. Üzərində heç bir kimlik sənədin olmadığını bildirən Həmdulla Kərimi, deputat olduğunu bildirərək yoluna davam etdirmək istəsə də, polis əməkdaşı yenidən onun avtomobilini dayandıraraq onun hava limanının özəl məntəqəsinə daxil olmasına mane olub.

 

Nəticədə, deputat xanımı ilə xudahafizləşdikdən sonra avtomobilindən düşərək hava limanı terminalına qədər piyada getmək məcburiyyətində qalıb. Lakin az sonra Həmdulla Kəriminin xanımı ona zəng vuraraq həmin polisin onu təhqir edib söydüyünü və avtomobilin hava limanından çıxmasına mane olduğunu bildirib. Bunu eşidən deputat geriyə qayıdaraq polislə əlbəyaxa olaraq onu təpik altına salıb. Sonunda isə polis əməkdaşına kəllə atan deputat, onun burnunu sındırdıqdan sonra təyyarəyə minərək Bicara uçub. Hadisədən bir neçə saat sonra jurnalistlərə açıqlama verən deputat, “namusu”nu qorumaq üçün polis əməkdaşını tənbeh etdiyini açıqlayıb.

 

Deputatın bu hərəkətini kəskin pisləyən Tehran hüquq-mühafizə qüvvələri rəsmiləri, deputatdan şikayət etdiklərini açıqlayaraq ona qarşı cinayət işi açıldığından xəbər veriblər.

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.05.2020: İran İslam respublikası 2018-ci ildən həbsdə saxladığı Amerika ordusunun üzvü olan Michael Whiteni azad edib

2020-06-05

gun az article

GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05

gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04

gun az article

İranda daha 59 nəfər koronavirusdan ölüb, 3574 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-06-04

gun az article

Tehranın Neftayırma Zavodunda yanğın baş verib

2020-06-04

gun az article

İranın Deyləm şəhərinin Koronavirusla Mübarizə Qərargahının rəisi xəstəliyə yoluxub

2020-06-04

gun az article

İranda polis komandanı: “Xuzistanda qanunsuz silah saxlamaqda günahlandırılan 91 nəfər həbs edilib”

2020-06-04

gun az article

Ruhani: “Xəbərdarlıqlar ciddiyə alınmasa məhdudiyyətləri yenidən bərpa etmək məcburiyyətində qalacağıq”

2020-06-04