İranlı deputat: “Milli Məclisə nüvə silahı istehsalını qadağan edən qanun layihəsi təqdim edəcəm”

İranlı deputat: “Milli Məclisə nüvə silahı istehsalını qadağan edən qanun layihəsi təqdim edəcəm”

GünAz TV: İran Milli Məclisinin Tehrandan seçilmiş deputatı Məhəmməd Sadiqi Milli Məclisə nüvə silahının istehsalını qadağan etməklə bağlı qanun layihəsini təklif edəcəyini deyib.

 

O, bu sözləri öz şəxsi “Twitter” səhifəsində yazıb. Millət vəkili bu layihəni hazırlamağa əsas kimi “dini lider” Əli Xamneyinin nüvə silahını şəri qaydalara əsasən haram bilməsini göstərib.

 

Xatırladaq ki, Xamneyi mayın 29-da ölkəsinin nüvə silahı əldə etmək istəmədiyini iddia etmişdi: “İran nüvə silahı əldə etməyə çalışmır. Bunun səbəbi isə şəriət qaydalarının bu tip silahları qadağan etməsidir, Amerika sanksiyalarından qorxmağımız yox.”

 

Digər tərəfdən, Qərb ölkələri müxtəlif kəşfiyyat raportlarına əsasən, bunun əksini deyir. Bir neçə gün öncə Almaniya xüsusi xidmət orqanları İranın nüvə sahəsində fəaliyyətlərinə dair 335 səhifəlik müfəssəl hesabat hazırlamışdı. Hesabatda qeyd edilirdi ki, rəsmi Tehran nüvə silahı əldə etməyə çalışır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN