İranlı deputat: “Ölkə həkimləri hər il 6700 milyard tümən vergidən yayınırlar”

İranlı deputat: “Ölkə həkimləri hər il 6700 milyard tümən vergidən yayınırlar”

GünazTV: İran parlamentinin deputatı, axund Nəsrullah Pejmanfər fevralın 19-da parlamentdə çıxış edərək ölkə həkimlərinin kütləvi şəkildə vergidən yayınmasından danışıb.

 

Deputat, parlamentin araşdırmalar mərkəzinin həkimlərin vergidən yayınması ilə bağlı hazırladığı hesabata toxunaraq deyib ki, ölkə həkimləri hər il təxminən 6700 milyard tümən vergidən yayınırlar: “Ekspertlərin hesablamalarına görə, həkimlərin hər il hökumətə ödəməli olduğu verginin həqiqi məbləği 6700 milyard tüməndir. Halbuki, həkimlər ötən il hökumətə yalnız 150 milyard tümən vergi veriblər. Bu isə hesab edirəm ki, araşdırılmalı, bu kimi vergidən yayınma hallarının qarşısı alınmalıdır”.

 

İran hökumətinin yaydığı rəsmi statistik rəqəmlərə görə, İranda hər il 40 min milyard tümənə qədər vergidən yayınma halları baş verir.

 

A.M 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN