İranlı deputat: “Ölkə təyyarələrinin 50% sıradan çıxmış köhnə təyyarələrdir”

İranlı deputat: “Ölkə təyyarələrinin 50% sıradan çıxmış köhnə təyyarələrdir”

GünAzTV: İran parlamentinin abadlıq-quruculuq işləri üzrə komissiyasının üzvü Məcid Kiyanpur yanvarın 19-da jurnalistlərə açıqlamasında ölkənin hava donanmasının yararsız hala düşməsindən danışıb.

 

Deputat bildirib ki, ölkənin hava donanmasının modernləşdiriməsi vacib məsələlərdən biridir: “Təəssüflər olsun ki, bizdə olan statistik rəqəmlərə əsasən, hazırda ölkə təyyarələrinin 50% sıradan çıxmış köhnə təyyarələrdir. Elə buna görə də, ölkənin hava donanmasının yeniləndirilməsi vacib bir məsələdir.

 

Hesab edirik ki, bu mühüm problemi aradan qaldırmaq üçün təyyarə istehsal edən şirkətlərdən yeni təyyarələr almaq lazımdır. Lakin Amerikanın ölkəmizə qoyduğu sanksiyalara görə, “Boeing” və “Airbus” kimi şirkətlər bizə təyyarə sata bilmir. Sanksiyalardan doğan mövcud şəraiti nəzərə alaraq, hazırda biz ancaq Rusiya və Ukraynadan təyyarə ala bilərik. Lakin rus təyyarələrinin bəzi hissəlləri (10 faizi) Amerika və Avropa Birliyi ölkələrinin birgə əməkdaşlığı ilə istehsal edildiyinə görə, bu təyyarələri də almaq mümkün deyil. Çünki, onların alınmasına da sanksiya qoyulub.

 

Vəziyyət belə olduğu halda düşünürəm ki, ölkənin hava donanmasının ehtiyacını təmin etmək üçün ən yaxşısı budur ki, 10 ildən az işlənmiş ikinci dərəcəli təyyarələr almaqla, ölkənin hava donanmasına qismən də olsa yardım edə bilərik”.

 

Xarırladaq ki, son iki həftədə, İranda bir neçə təyyarə qəzası baş verib. Yanvarın 3-də, “ATA Air” aviaşirkətinə məxsus Məşhəd-Təbriz marşrutu ilə uçan sərnişin təyyarəsi Təbrizin “Şəhid Mədəni” hava limanına yerə enərkən 3 təkəri partlayıb. Baş vermiş ciddi texniki nasazlığa baxmayaraq, pilot təyyarəni  hər hansı bir faciə baş vermədən çətinliklə də olsa yerə endirə bilib.

 

 

Yanvarın 14-də isə, Qırğızıstan paytaxtı Bişkekdən havaya qalxan İran ordusuna məxsus “Boeing-707” yük təyyarəsi İranın Əlbürz əyalətinin Kərəc şəhəri yaxınlığında qəzaya uğrayıb. Səfadəşt məntəqəsində “Fəth” hava limanında yerə enərkən təyyarədə texniki nasazlıq yaranıb. Nəticədə, eniş zamanı təyyarə uçuş-eniş zolağından çıxaraq, ətrafdakı bir neçə yaşayış binsına çırpılıb. Qəza zamanı təyyarənin göyərtsəində olan 16 nəfərdən 15-i ölüb, 1-i yaralanıb.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN