İranlı deputat: “Ölkədə 2 milyondan çox vətəndaş alıcılıq qabiliyyətini tamamilə itirib”

İranlı deputat: “Ölkədə 2 milyondan çox vətəndaş alıcılıq qabiliyyətini tamamilə itirib”

GünAzTV: İran parlamentinin ictimai komissiasının üzvü Rəsul Xezri oktyabrın 11-də jurnalistlərə açıqlamasında ölkə əhalisinin gündən-günə ağırlaşan iqtisadi durumundan, əhalinin kasıb təbəqəsinin çətin güzəranından və hökumətin bununla bağlı mövqeyindən danışıb.

 

Deputat bildirib ki, ölkənin kasıb təbəqəsindən olan milyonlarla insan hazırda qidaya olan gündəlik tələbatını təmin etməkdən aciz qalıb: “Ölkənin indiki ağır iqtisadi durumunda 2 milyondan çox vətəndaş alıcılıq qabiliyyətini demək olar ki, tamamilə itirib. Bu insanların hökumətin dəstəyinə ehtiyacı var.

 

Hazırda aylıq maaşı 3 milyon tüməndən az olan vətəndaşlar demək olar ki, yoxsulluq xəttinin altında yaşayanlardır. Elə buna görə də, ölkədə qiymətlərin artmasını və insanların alıcılıq qabiliyyətinin azalmasını nəzərə alaraq, parlamentin ictimai komissiyasının təklifi ilə qərara alınıb ki, hökumət zəif təbəqədən olan ailələrə dəstək məqsədilə 100 min tüməndən - 600 min tümənə qədər (təxminən 11 manatdan -  66 manatadək) yardım paketləri nəzərə alsın”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN