İranlı deputat: “Ölkədə baş verən son etirazlarda 7 mindən çox insan həbs edilib”

İranlı deputat: “Ölkədə baş verən son etirazlarda 7 mindən çox insan həbs edilib”

GünazTV: İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü, Hüseyn Nəqəvi Hüseyni noyabrın 26-da jurnalistlərə açıqlamasında ölkədə baş verən kütləvi etirazlarda həbs edilən insnların sayından danışıb.

 

Ölkənin 28 əyalətində baş verən dinc etirazlarda rejim qüvvələrinin birbaşa atəşi nəticəsində qətlə yetirilənlərin sayını açıqlamayan deputat deyib ki, polis və təhlükəsizlik qüvvələri etirazlara qatılan minlərlə insanı həbs edib: “Ölkədə baş verən son etirazlarda 7 mindən çox insan həbs edilib. Hesab edirəm ki, etirazlarda həbs edilənlərin dəqiq sayı və benzinin qiymətinin artmasının ardınca baş verən qarşıdurma və olayların detalları barədə ölkə rəsmiləri fikir söyləməlidirlər” –deyə, İran parlamentinin deputatı Hüseyn Nəqəvi Hüseyni əlavə edib.

 

Deputat, həbs edilən 7 mindən çox etirazçının saxlanma şəraiti barədə hər hansı bir açıqlama verməyib.

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN