İranlı deputat ölkədə benzinin qiymətinin artmasına etiraz bildirib

İranlı deputat ölkədə benzinin qiymətinin artmasına etiraz bildirib

GünazTV: İran parlamentinin büdcə və proqram komissiyasının üzvü Həmidrza Hacı Babayi parlament sədri Əli Laricaniyə məktub yazaraq, ölkədə benzinin qiymətinin artmasına etiraz bildirib.

 

Deputat Laricaniyə yazdığı məktubda deyib ki, hökumət benzinin qiymətini artırmaqdan əvvəl bu barədə ölkə parlamentinə xəbər verməli idi: “Hörmətli sədr, sizin benzinin qiymətinin artacağından xəbəriniz var idi ya yox. Əgər xəbəriniz varıydısa niyə bu məsələni deputatlarla müzakirə etməmisiniz. Yox, əgər bundan xəbəriniz yox idisə, bəs onda bu parlamentin rolu və yeri nəyə lazımdır.

 

Hesab edirik ki, benzinin qiymətinin artması ölkəyə hakim sistemin və millətin xeyrinə deyil. Biz hökumətin bu siyasəti ilə müxalifik. Sözsüz ki, millət vəkilləri bu məsələni şəffaf şəkildə xalqa açıqlayacaq, kimlərin bu siyasətlə müvafiq və ya müxalif olduğunu millətə bildirəcəklər” –deyə, İran parlamentinin deputatı Həmidrza Hacı Babayi yazdığı məktubunda bildirib.

 

Xatırladaq ki, İran Milli Neft emalı şirkəti ölkə vətəndaşlarına əvvəlcədən xəbərdarlıq etmədən benzinin qiymətini noyabrın 14-dən 15-nə keçən gecədən başlayaraq birdən-birə üç dəfə qaldırıb.

 

 

Şirkət bildirib ki, noyabrın 15-dən başlayaraq benzinə kvota qoyulacaq. Belə ki, kvota qoyulmuş hər litr benzinin qiyməti 1500 tümən, azad benzinin hər bir litrinin qiyməti isə 3 min, super benzinin qiyməti isə 3500 tümən olacaq.

 

Noyabrın 15-də hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı etiraz olaraq İranın onlarla şəhərində hakimiyyət əleyhinə kütləvi aksiyalar keçirilib, prezident Həsən Ruhani və İranın “dini” lideri axund Əli Xamneyiyə qarşı şüarlar səsləndirilib. Etirazlarda bir neçə yanacaq doldurma məntəqəsinə od vurulub, Sircanda dinc aksiyaya qatılan vətəndaşlardan biri polis tərəfindən öldürülüb.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN