İranlı deputat: “Prezident Aparatının bir neçə əməkdaşı Amadnews-la əlaqəyə görə həbs edilib”

İranlı deputat: “Prezident Aparatının bir neçə əməkdaşı Amadnews-la əlaqəyə görə həbs edilib”

GünAz TV: İran Milli Məclisinin Məşhəddən seçilmiş millət vəkili Cavad Kərimi Qüddüsi Prezident Aparatının bir neçə vəzifəli əməkdaşının “Amadnews”la əlaqəyə görə saxlandığını deyib.

 

O, Twitter hesabında yazdığı statusda Həsən Ruhaninin müşarivi olan Hisaməddin Aşinanın da “Amadnews”la bağlı açılmış cinayət işində “dövlətin psixoloji əməliyyat qərargahının rəhbəri” olduğuna görə tutulduğunu qeyd edib.

 

Lakin Hisaməddin Aşina deputatın sözlərinə münasibət bildirib və onu “dövlət əleyhinə fəaliyyət göstərən psixoloji əməliyyat qərargahının rəhbəri” adlandırıb.

 

Digər tərəfdən, İranın Prezident Aparatının mühafizə xidmətinin rəhbəri Əlirza Xankərimi isə “Amadnews”la bağlı başladılmış cinayət işi üzrə qurumdan heç kimin saxlanmadığını deyib.

 

Qeyd etmək lazımdır ki, bu, “Amadnews”la bağlı hakimiyyət nümayəndələri ilə müxaliflər arasında ilkin söz davası deyil. Kərimi Qüddüsi şənbə günü sözügedən cinayət işi ilə bağlı danışaraq, Həsən Abbasinin bəraət almasını istəmişdi. O, Həsən Abbasinin iddialarının “original sənədlərinin” məhkəmə sistemində olduğunu bildirmişdi.

 

Deputat burada “original sənədlər” ifadəsi ilə bir neçə gün öncə “Sepah” terror təşkilatı tərəfindən saxlanılan Ruhullah Zəmi nəzərdə tutur.

 

Xatırladaq ki, Həsən Abbasi 2 il öncə, Qərçəkdə etdiyi çıxışda Ruhullah Zəmin ETTELAAT naziri ilə əlaqədə olduğunu bildirmişdi.

 

Bundan sonra Nazirliyin şikayəti əsasında Abbasiyə qarşı 6 aylıq həbs cəzası çıxarılmışdı.

 

Oktyabrın 14-də Həsən Ruhaninin mətbuat xidmətinin rəhbəri Pərviz İsmayıli də “Amadnews”la əlaqələrinə görə həbs edildiyilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmışdı.

 

Bir çox dövlət rəsmisinin sözügedən xəbər saytı ilə əlaqələrilə bağlı məlumatlar yayılandan sonra hökumətin sözçüsü Əli Rəbii oktyabrın 16-da insanları “Sepah”ın Kəşfiyyat İdarəsinin apardığı araşdırmalarının nəticələrini gözləməyə çağırmışdı.

 

Dövlət rəsmilərindən başqa, bəzi media orqanları rəhbərlərinin də “Amadnews”la əlaqələrinin olduğu bildirilir. Onlardan biri 2016-cı ildə “İsrailə casusluq” ittihamı ilə “Sepah” tərəfindən tutulan və 10 il həbsə məhkum edilən Məhəmmədhüseyn Rüstəmidir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN